NATO-nun Rusiyaya qarşı mümkün planı üzə çıxıb

Ukraynaya görə Rusiya ilə mümkün münaqişədə NATO Kalininqrada hücum etməyə cəhd edə bilər.
Bu barədə Asia Times (AT) yazıb.
“Alternativ olaraq, NATO Rusiyanın Kalininqraddakı strateji anklavını aradan qaldırmağa cəhd edə bilər”, - nəşr yazıb.
Bundan əvvəl məlum olub ki, Litva hakimiyyəti martın 1-dən Kyana və Kirbatay sərhəd-keçid məntəqələrində Kalininqrada gedən qatarlardan sərnişinlərin endirilməsini və mindirilməsini məhdudlaşdıracaq. Litva hökuməti sərnişinlərin müstəsna hallarda enə biləcəyinə aydınlıq gətirib.
Bu barədə qərarı Litva Dövlət Sərhəd Xidməti (VSAT) verəcək.