İsrail Livanın cənubunu vurdu
![](/uploads/posts/2024-02/1709182691_lubnan-israeli-attack-aa-2174196_1.jpg)
İsrail Livanın cənubuna hava zərbələri endirib. Hücumlarda iki livanlı mülki şəxsin həyatını itirdiyi bildirilib.
Livanın rəsmi xəbər agentliyi İsrailin Livanın cənubundakı iki qəsəbəyə 3 ayrı hücum təşkil etdiyini açıqlayıb.
Mülki yaşayış məntəqələrinə edilən hücumlarda 2 mülki şəxsin həyatını itirdiyi, 14 nəfərin yaralandığı bildirilib.
2023-cü il oktyabrın 8-də İsrail-Livan sərhədində başlayan qarşıdurmada ölənlərin sayı 300-ü ötüb.
Mənbə: TRT Haber