Panamada qızılla bəzədilmiş 1300 illik məzar tapılıb
Panamada 1300 ildən çox yaşı olduğu təxmin edilən məzarın tapıldığı bildirilir.
Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə Milli Direktoru Linette Monteneqro mətbuata verdiyi açıqlamada Kokle əyalətindəki El Kano arxeoloji sahəsində qazıntılar zamanı İspandan əvvəlki məzarın tapıldığını bildirib.
Monteneqro, "1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzar müəyyən etdik. Məzardan iki cəsəd, bir gəlinin cehiz əşyaları, bir az qızıl, keramika, beş sinə kəməri, qızıl muncuq, dörd qolbaq, sırğa, qızılla örtülmüş çanta və müxtəlif boyunbağılar tapılıb” . dedi.
Monteneqro məzarın dövrün hökmdarına aid olduğunu proqnozlaşdırdıqlarını bildirib.
Bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.