Tailandda qeyri-qanuni gözəllik prosedurlarına görə üç rusiyalı saxlanılıb


Tailandda Koh Samui adasında "alSpa" Gözəllik Klinikasının sahibi və onun iki əməkdaşı qanunsuz gözəllik prosedurlarına görə saxlanılıb.



Bu barədə "Khaosod Online" məlumat yayıb.

Ruslar martın 7-də polis tərəfindən saxlanılıb. Onlar lazımi lisenziya olmadan xidmətlər göstəriblər. Hüquq-mühafizə orqanları tibbi avadanlıq və dərmanları müsadirə edib.

Hazırda saxlanılanların hər üçü həbsdədir. Onlara qarşı cinayət işi açılacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu