“Mercedes-Benz” cərimələndi


"Mercedes-Benz"in Yaponiya filialı olan "Mercedes-Benz Japan" "müştərilərini aldatdığı" səbəbilə 1,23 milyard yen təxminən 8,3 milyon dollar məbləğində cərimələnib.



Yaponiya hökumətinə bağlı İstehlakçı Məsələləri Agentliyi (CAA) “Mercedes-Benz Japan” şirkətinin müştərilərini aldatdığına görə cərimələndiyini açıqlayıb.

Agentliyin açıqlamasına görə, şirkətin avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib.

Avadanlıqlara nəqliyyatın hərəkəti yenidən başlayanda dayandırılmış avtomobili avtomatik irəli aparan sistem və dönmə siqnalını işə salmaqla sürücüyə zolaq dəyişdirməyə imkan verən sistem daxil idi. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bu sürücülük funksiyası əslində müştərinin istəyinə bağlıdır.

Agentlik sözügedən vəziyyəti "müştəriləri aldatmaq" olaraq təyin etdiyini və "Mercedes-Benz Japan"ı 1,23 milyard yen təxminən 8,3 milyon dollar məbləğində cərimələdiyini bildirib.

Həmçinin şirkətə vəziyyətin təkrarlanmaması üçün tədbir görülməsi tapşırılıb.

Dövlət yayımı NHK-nın hesabatında qeyd edilib ki, bu cəza aldadıcı məlumatlara görə indiyədək tətbiq edilən ən yüksək cəzadır.

“Mercedes-Benz Japan” şirkəti qanunlara uyğunluğun təmin edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çalışacağını açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu