Süni intellektdən psixoloji xəstəliklərin diaqnostikasında istifadə edilməyə başlandı


Taylandda süni intellekt texnologiyası "depressiya və intihar düşüncələri" olan insanlara kömək etmək üçün istifadə olunur. Bildirilib ki, sınaq mərhələsində olan texnologiya ilkin tapıntılara əsasən, diaqnozlarının dəqiqliyi baxımından “keçid qiyməti” alıb.



“Bangkok Post” qəzetinin yazdığına görə, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisinin (NHSO) istifadə etməyə başladığı “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.

Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələrinin birgə hazırladığı süni intellekt texnologiyası nazirliyin səs yazılarını təhlil edərək xəstələrin depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini aşkar edə bilir.

Bildirilib ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb.

Bildirilib ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib.

Chulalongkorn Universiteti Sağlamlıq Fakültəsinin Dekan müavini Prof. Dr. Nijasri Charnnarong açıqlamasında son illərdə psixoloji pozğunluqların artdığına diqqət çəkərək, "Təkcə keçən il Taylandda 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana diaqnoz qoyulub. Onların yalnız üçdə biri uyğun müalicə prosesinə başlayıb" qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu