Quttereş bütün dünya ölkələrini İŞİD-ə qarşı əməkdaşlığa çağırıb


İŞİD terror təşkilatının heç vaxt yenidən doğula bilməməsi üçün dünya ölkələri birləşməli və birgə hərəkət etməlidir.


AFN.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransı zamanı TASS müxbirinin Moskvadakı "Crocus City Hall"da terror aktının mümkün təşkilatçıları ilə bağlı sualını cavablandırarkən deyib.

“Biz Moskvada baş vermiş terror aktını qətiyyətlə pisləyirik. Bunu qəti şəkildə qəbuledilməz hesab edirik və bununla bağlı bütün ölkələri İŞİD-in artıq dünyanın heç bir yerinə zərbə vura bilməməsi üçün bir-biri ilə əməkdaşlığa çağırırıq”, - deyə Quterreş vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu