"Ceyms Bond" filmində "Agent 007" rolu britaniyalı aktyora təklif edildi - FOTO


Yeni "Ceyms Bond" rolunun ehtimal olunan ifaçısı, britaniyalı aktyor Aaron Taylor-Consona "Agent 007" haqqında üç və ya dörd film üçün müqavilə təklif oluna bilər.



Bu barədə Daily Mail xəbər verib.

İnsayderlərin sözlərinə görə, prodüser Barbara Brokkoli artıq Bond rolu üçün 33 yaşlı aktyordan başqa heç kimi düşünmür.

“Hazırda biz dördüncü filmin də olması ehtimalı ilə üç film üçün müqavilədən danışırıq. Bütün fitinqləri düzəltdik, onun üçün saç düzümü hazırladıq və o, artıq əla formadadır”, - qəzetin mənbəsi bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu