Rafael Nadaldan "Monte Karlo Masters" öncəsi pis xəbər


Dünyaca məşhur ispan tennisçi Rafael Nadal "Monte Karlo Masters" turnirində iştirak edə bilməyəcəyini açıqlayıb.



Keçmiş dünyanın 1 nömrəli ispan tennisçisi Rafael Nadal aprelin 7-14-də keçiriləcək "Monte Karlo Masters" turnirində iştirakdan imtina etdiyini açıqlayıb.

Bu barədə 11 çempionluqla "Monte Karlo Masters"ın ən uğurlu adı olan Nadal sosial media hesabında açıqlama verib

Qeyd edək ki, karyerasında 22 böyük dəbilqə tituluna sahib olan 37 yaşlı Nadal bu mövsüm yalnız Brisbendəki turnirdə mübarizə aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu