Rafael Nadal zədə səbəbindən "Indian Wells"də iştirak edə bilməyəcək


Zədəsi səbəbindən demək olar ki, bütün keçən mövsümü buraxan və "Indian Wells"dəki kortlara qayıtmağı planlaşdıran ispaniyalı raketka Rafael Nadaldan pis xəbər gəlib.



22 dəfə Böyük Dəbilqə çempionluğunu qazanan ispaniyalı raketka oyununa bir gün qalmış sosial media hesabından turnirdə iştirak edə bilməyəcəyini açıqlayıb.

37 yaşlı tennisçi açıqlamasında "Bu fantastik turnirdən çəkilmək mənim üçün böyük kədərdir. Bu gözəl yerdə oynamağı nə qədər çox sevdiyimi hər kəs çox yaxşı bilir" bildirib.

Nadal omba zədəsi səbəbindən keçən ilin demək olar ki, hamısını buraxıb.

"Indian Wells"ə hazırlaşmaq üçün ABŞ-a erkən gələn Rafael Nadal bu yaxınlarda göstəri matçında ispan tennisinin yeni böyük istedadı Karlos Alkarasla qarşılaşıb.

Nadal bildirib ki, 2024-cü il onun peşəkar tennisdəki son mövsümü ola bilər. "Indian Wells"in ilk raundunda Miloş Raoniçlə görüşü gözlənilən, lakin zədəsi səbəbindən təşkilatdan uzaqlaşan Nadalı izləmək üçün tennissevərlər bir müddət daha gözləməli olacaqlar.

Mənbə: haberglobal.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu