Orenburqda Ural çayının səviyyəsi təhlükəli həddə yaxınlaşır
Orenburqda Ural çayında suyun səviyyəsi sutkada 16 santimetr artaraq 872 santimetrə çatıb.
Bu barədə şəhərinin administrasiyası öz Telegram kanalında məlumat yayıb.
Göstəricilər kritik səviyyəyə daha yaxındır. Rayon Hidrometeorologiya Mərkəzində təhlükəli suyun səviyyəsi 930 santimetr hesab olunur. Aprelin 7-də səhər saatlarında çayda suyun səviyyəsi 856 santimetrə çatıb, həmin gün axşam saatlarında isə 864 santimetrə yüksəlib.