MAQATE: İrandakı nüvə obyektlərinə heç bir ziyan dəyməyib


İran Hərbi Hava Qüvvələri Bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidilməsindən sonra MAQATE-nin sosial media hesabından verilən açıqlamada, İranın nüvə obyektlərinə heç bir ziyan dəymədiyi qeyd edilib.



Bəyanatda bildirilib ki, nüvə obyektlərini hədəf almamaq barədə xəbərdarlıq edən MAQATE prezidenti Rafael Mariano Qrossi tərəfləri təmkinli olmağa çağırıb.

Açıqlamada nüvə obyektlərinin heç vaxt hərbi qarşıdurmalarda hədəfə alınmaması ilə bağlı xəbərdarlıq bir daha təkrar edilib və Agentliyin hadisələri yaxından izlədiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu