ABŞ Yəmənlə 5 illik yardım müqaviləsi imzaladı


ABŞ iqtisadi artımı sürətləndirmək üçün dünyanın ən pis humanitar böhranlarından birinin yaşandığı Yəmən hökuməti ilə 5 illik yardım müqaviləsi imzalayıb.



ABŞ-ın Yəməndəki səfirliyinin saytında dərc edilən bəyanatda, Yəmənin Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq naziri Vaid Abdullah Bazib ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə direktoru və baş inkişaf müşaviri Kimberli Bell ilə 5 illik yardım müqaviləsi imzaladığı qeyd edilib.

Açıqlamada USAİD tərəfindən verilən inkişaf yardımının Yəməndə iqtisadi inkişafın sürətləndirilməsi, su, səhiyyə və təhsil xidmətlərinə çıxışın yaxşılaşdırılması və idarəçiliyin gücləndirilməsi məsələlərini əhatə etdiyi bildirilib.

Yardımın dəyəri barədə isə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu