ABŞ-da məktəblərdə işçilərin silahlanmasına icazə verən qanun layihəsi qəbul edilib
ABŞ-ın Tennessi ştatında dövlət məktəblərindəki bəzi müəllim və işçilərə bəlli olmayacaq şəkildə silah gəzdirməyə icazə verən qanun layihəsi təsdiqlənib.
Respublikaçıların çoxluq təşkil etdiyi Tennessi Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 68 “hə” və 28 “xeyr” səsi ilə qəbul edilib.
Daha əvvəl Tennessi Senatında təsdiq edilmiş qanun layihəsinin qanuna çevrilməsi üçün ştatın qubernatoru Bill Linin imzası tələb olunur.
Qanun layihəsi qanuna çevrilərsə, dövlət məktəblərində bəzi müəllim və işçilərə gizli silah gəzdirməyə icazə veriləcək. Bunun üçün məktəb direktorunun və yerli hüquq-mühafizə orqanlarının yazılı icazəsi olmalıdır.
Polis və məktəb rəhbərlərindən başqa valideyn və müəllimlərin məktəbdə kimin gizli silah gəzdirməsini öyrənməsi qadağan olunacaq.