UNRWA: Bir həftədə təxminən 360 min nəfər Rəfahı tərk edib


İsrail Silahlı Qüvvələrinin əməliyyatı səbəbiylə bir həftə ərzində təxminən 360 min nəfər Qəzza zolağının cənubundakı Rəfah şəhərini tərk edib.


AFN.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Qəzza zolağının şimal rayonlarının sakinləri də atəşə məruz qalmamaq üçün evlərini tərk etmək məcburiyyətindədirlər. “Ərazidəki fələstinlilərin gedəcək yeri yoxdur” - deyə açıqlamada vurğulanır.

Mayın 6-da İsrail ordusu Rəfahın şərq rayonlarının əhalisinin təxliyəsi üçün hazırlıqlara başladığını elan edib. Mayın 7-də İsrail Müdafiə Qüvvələri şəhərin şərqindəki bəzi bölgələrdə hərbi əməliyyata başladığını və Qəzza zolağının Misirlə sərhədindəki eyni adlı sərhəd keçidini nəzarətə götürdüyünü açıqlayıb.
İsrail hərbçiləri şəhərin şərq hissəsinin əlavə ərazilərinin sakinlərinə humanitar zonalara təxliyə etməyi tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu