Vyetnamda 5 mərtəbəli binada baş verən yanğında 14 nəfər ölüb


Vyetnamın paytaxtı Hanoyda 5 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.


"Vietnam News"un məlumatına görə, binanın yerləşdiyi küçənin darlığı səbəbindən yanğınsöndürmə qruplarının vaxtında müdaxilə edə bilməməsi nəticəsində hadisə zamanı 14 nəfər həyatını itirib.

Yanğınsöndürmə briqadaları binada olan 3 nəfərin yaralandığını, birinci mərtəbədəki 4 nəfərin isə pəncərədən atılaraq xilas olduğunu bildirib.

Səlahiyyətlilər xəstəxanada müalicə olunan üç nəfərdən birinin səhhətinin ağır olduğunu qeyd edib.

Hanoy meri Tran Sy Thanh bildirib ki, yanğınla bağlı araşdırma başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu