Putin: ABŞ-ın dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu var


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “istismardan” əhəmiyyətli miqdarda pul qazandığını bildirib. Putin deyib ki, ictimaiyyətə açıq olan məlumatlara görə, ABŞ-ın dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu var.


Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən əsas sessiyada Rusiya iqtisadiyyatı və gündəmdə olan müxtəlif məsələlərlə bağlı qiymətləndirmələr edib.

Dünya Bankının məlumatlarına əsaslanan prezident Rusiyanın “Alıcılıq Gücü Pariteti” baxımından dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrildiyini vurğulıb. “Lakin biz lider mövqeyimizi daim gücləndirməli olduğumuzun fərqindəyik. Digər ölkələr də yerində dayanmır” - deyə o, qeyd edib.

Rusiyanın maneələrə baxmayaraq dünya ticarətində əhəmiyyətli yer tutmağa davam etdiyinə diqqət çəkən Putin, Asiya ilə 60, Afrika ilə 69, Latın Amerikası ilə isə 42 faiz nisbətində ticarəti artırdıqlarını deyib.

ABŞ-ın qlobal iqtisadiyyatdakı payının getdikcə azaldığını iddia edən Rusiya prezidenti bunun qlobal maliyyə sistemində çoxqütblülüyünü dəstəklədiyini bildirib.

Putin ABŞ-ın dollar sayəsində güc qazandığını, lakin sanksiyalarla bağlı atılan addımların qlobal iqtisadi fəaliyyətdə dollara olan inamı sarsıtdığını bildirib.

ABŞ-ın qlobal maliyyə bazarlarında inhisarçı mövqeyindən sui-istifadə etdiyini qeyd edən Putin, “Bu istismardan ciddi pul qazanırlar. İctimaiyyətə açıq olan məlumatlara görə, ABŞ-ın dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu var” - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu