Sudanda bombardman nəticəsində 40 nəfər ölüb


Sudanda Çevik Dəstək Qüvvələrinin paytaxt Xartumun Umdurman bölgəsini artilleriya bombardmanına tutması nəticəsində 40 nəfər həyatını itirib.



Sudandakı Kereri Müqavimət Komitələrindən verilən açıqlamada Omdurmanda bəzi yaşayış məntəqələrinin Çevik Dəstək Qüvvələri (HDK) tərəfindən şiddətli artilleriya bombardmanına məruz qaldığı bildirilib.

Açıqlamada bombardmanda ölənlərin sayının 40-a yüksəldiyi, 50-dən çox yaralının olduğu, ölən və yaralananların sayının arta biləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu