Husilər BMT-nin 11 əməkdaşını əsir götürüb
Birləşmiş Millətlər Təşkilatı Yəməndəki husilərin 11 BMT əməkdaşını əsir götürdüyünü açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.
BMT-nin Yəməndəki hadisələri narahatlıqla izlədiyini bildirən Dujarrik Husi səlahiyyətliləri ilə əlaqə saxladıqlarını qeyd edib.
Dujarrik bildirib ki, husilər BMT-nin müxtəlif təşkilatlarından 2-si qadın olmaqla 11 şəxsi əsir götürüblər.
Hadisəni Husi səlahiyyətliləri ilə aydınlaşdırmağa çalışdıqlarını ifadə edən Dujarrik, personalın təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün vasitələrin araşdırıldığını bildirib.