Blinken Qəzzada atəşkəs prosesi üçün Yaxın Şərq turuna çıxıb


Qəzzada atəşkəs danışıqları üçün yeni Yaxın Şərq turuna çıxan ABŞ dövlət katibi Antoni Blinken 10-12 iyun tarixlərində Misir, İsrail, İordaniya və Qətərdə görüşlər keçirəcək.


ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin iyunun 10-da 3 günlük Yaxın Şərq turuna gedəcəyi bildirilib.

Açıqlamada Blinkenin ABŞ prezidenti Co Baydenin açıqladığı 3 mərhələli atəşkəs təklifindən sonra tərəflər arasında danışıqlar prosesini sürətləndirmək üçün bölgədə sıx diplomatik təmaslar aparacağı vurğulanıb və onun hazırda masada olan təklifi təqdim etdiyi bildirilib. "Blinkenin təklifi HƏMAS-ın keçən ay etdiyi təkliflə demək olar ki, eynidir” - deyə açıqlamada qeyd olunub.

Açıqlamada Blinkenin atəşkəs təklifinin həm İsrailə, həm də Fələstin tərəfinə fayda verəcəyini vurğulayacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu