KİV: Makron istefaya getmə ehtimalını müzakirə edir


Fransa prezidenti Emmanuel Makron ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.


“Europe 1” radiostansiyası bu barədə hökumətdəki mənbəyə istinadən məlumat yayıb: “Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik".

"Europe 1" iddia edir ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu “ekstremal ssenari”ni müzakirə edib.

Eyni zamanda, radiostansiya vurğulayır ki, istefa prezidentin üstünlük verdiyi variant deyil: "Baxmayaraq ki, onun perspektivi bu kampaniyada qarşıdan gələn seçkiləri dramatikləşdirmək üçün xidmət etməlidir”. Milli Birlik partiyasının parlament seçkilərində qələbəsi halında, ölkədə prezident seçkiləri keçiriləcək. "Bu zaman 2027 seçki ilinə qədər bu partiyanın siyasətinin birgə qurulması üçün birgə fəaliyyət göstərmək Makronun əsas məqsədidir".

Qeyd edək ki, iyunun 9-da Makron, tərəfdarlarının Avropa Parlamentinə seçkilərdə məğlub olması (14,6% səs) fonunda Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu