ABŞ Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib
![](/uploads/posts/2024-06/abd-bayrak-reu-1477259_1.jpg)
Birləşmiş Ştatlar Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv etdiyin açıqlayıb.
ABŞ Xarici İşlər Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü BBC-yə bildirib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılıb.
Departamentin sözçüsü bildirib ki, araşdırmalardan sonra briqadada hər hansı insan hüquqları pozuntusuna yol verildiyi aşkar edilməyib.
Sözçü bildirib ki, araşdırmadan sonra hökumət briqadanın ABŞ-dan silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb.
Bu arada Azov briqadasının qərarla bağlı verdiyi açıqlamada “ABŞ-dan silah və hərbi təlim almaq Azovun hərbi potensialını gücləndirəcək, həm də briqadadakı insanların sağlamlığını və həyatını qoruyacaq” ifadəsi işlədilib.
2014-cü ildə könüllülər briqadası kimi yaradılan Azov sonradan Milli Qvardiyaya verilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2016-cı ildə dərc etdiyi hesabatda Azov briqadası Ukraynanın şərqində mülki talan etməkdə və insanların didərgin düşməsinə səbəb olmaqda günahlandırılıb.