AVRO-2024-də həyəcan başlayır

AVRO-2024-ün açılış matçında ev sahibi Almaniya və Şotlandiya milliləri üz-üzə gələcək.
Bu gün axşam saatlarında Almaniyanın ev sahibliyi etdiyi 17-ci Avropa Futbol Çempionatı (AVRO 2024) başlayır.
Bakı vaxtı ilə 23:00-da başlayacaq qarşılaşmanı Fransa Futbol Federasiyasından Klement Turpin idarə edəcək.
Millilərin heyətlərini təqdim edirik:
ALMANİYA: Noyer, Rüdiger, Tah, Kimmich, Havertz, Kroos, Musiala, Virtz, Mittelstadt, İlkay, Andrich
ŞOTLANDİYA: Gunn, Ralston, Robertson, McTominay, Tierney, McGinn, McGregor, Adams, Kristi, Hendri, Porteous