İranda bayram münasibətilə 2 min 654 məhbus əfv edilib


İran lideri Ayətullah Əli Xamenei “Qurban bayramı və Qədir-i Xum” münasibətilə 2654 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi qərarını təsdiqləyib.


İran ədliyyəsinə bağlı "Mizan" Xəbər Agentliyinin məlumatına görə, ədliyyə naziri Qulamhüseyn Möhsini Ejeinin təklifi ilə Qurban və Qədir-i Xum bayramları münasibətilə Xamneyinin təsdiqi ilə 2654 məhbusun cəzası ilə bağlı qərar çıxarılıb.

İnqilab və Ümumi Məhkəmələr və Silahlı Qüvvələrin Ədliyyə Müəssisələri tərəfindən cəzalandırılan məhbusları əhatə edən qərara əsasən, edam cəzasına məhkum edilmiş 29 məhkumun cəzası həbslə əvəzlənəcək, 1038 məhbus isə azadlığa buraxılacaq.

Amnistiyaya daxil edilənlərdən 182-nin qadın, 53-nün təhlükəsizliklə bağlı ittihamlarla məhkum edildiyi, 30-nun isə xarici ölkə vətəndaşı olduğu bildirilib.

İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, Xamneyinin məhbusları əfv etmək səlahiyyəti var. İran Ədliyyəsinin tələbi ilə Xamenei hər il xüsusilə inqilabın ildönümündə, bayram və digər dini günlərdə məhbuslara amnistiya elan edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu