Kiyevə təhvil verilən F-16 qırıcıları Ukraynada yerləşdiriləcək

ABŞ tərəfindən Kiyevə verilən F-16 qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Plan F-16-ların Ukraynada yerləşdirilməsidir. ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu imkanları əldə etməkdə kömək etmək istəyirik. Bu cür imkanlar Ukraynada yerləşdirilməlidir" - deyə Sallivan PBS telekanalına müsahibəsində bildirib.