İsveçrədə daşqın və torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb


Güclü yağış və əriyən qar İsveçrənin cənubunda sel və torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakətdə 1 nəfərin öldüyü, itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.



Qeyd edilib ki, Qrisons kantonunda yerləşən Misox vadisində sel nəticəsində itkin düşən şəxsin cəsədi 8 kilometr aralıda tapılıb. Polisdən verilən açıqlamada xilasetmə qruplarının itkin düşən 2 nəfərin axtarışlarını davam etdirdiyi, lakin onların sağ tapılma şansının az olduğu bildirilib. Məlumatda üç evin sel suları altında qaldığı, 3 avtomobili isə suyun apardığı qeyd edilib. Torpaq sürüşmələri və daşqınlar səbəbindən məşhur Zermatt xizək kurortuna yolun bağlı olduğu bildirilib.

İsveçrə meteorologiya xidməti rəsmiləri bölgəyə təxminən 1 saat ərzində 124 millimetr yağıntının düşdüyünü bildirərək, bu qədər yağıntının hər 30 ildə bir dəfə müşahidə olunduğunu qeyd ediblər.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu