Estoniya Moldova üçün milyonlarla avro dəyərində PUA alacaq


Estoniya Moldova üçün bir neçə milyon avro dəyərində pilotsuz təyyarələr almağı planlaşdırır.


Bu barədə "Baltnews" Telegram kanalında məlumat verilib.

Bildirilir ki, Baltikyanı respublika büdcəsindən Kişinyov üçün 10 milyon avroya pilotsuz təyyarələr alacaq. İyun ayında Estoniya ATACMS raketləri, 227 mm çaplı idarə olunan raketlər, artilleriya mərmiləri və dəqiq idarə olunan raketlərin alınması üçün 1,6 milyard avro çatışmazlığını elan edib.

Estoniya nəqliyyat və rabitə avadanlığının alınması xərclərini təxirə salıb. Respublikanın Müdafiə Nazirliyi də xarici missiyalarda iştirakını azaltmaq qərarına gəlib. Buna səbəb sursat alışının artırılması zərurəti olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu