ABŞ Assancı müttəfiqlərinin və diplomatlarının həyatını riskə atmaqda ittiham edir


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Culian Assancın Wikileaks-də paylaşdıqları ilə ABŞ-ın tərəfdaşlarının, müttəfiqlərinin və diplomatlarının, xüsusən də Əfqanıstan və İraq kimi təhlükəli yerlərdə çalışanların həyatını riskə atdığını deyib.


Miller gündəlik mətbuat konfransında jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Wikileaks-in paylaşmazdan əvvəl həssas diplomatik adları yoxlaya bilməməsinə toxunan Miller, Assancın "dünyanın görməsi üçün onları ora atdığını" iddia edib.

Miller deyib: “Onların dərc etdiyi sənədlərdə Dövlət Departamenti ilə əlaqədə olan, o cümlədən dünya üzrə müxalifət liderləri, insan haqları fəalları və mövqeləri təhlükə altında olan şəxslərin şəxsiyyətləri var id. Bu, həm də amerikalı personalın əlaqələr qurmaq və səmimi söhbət etmək qabiliyyətini azaltdı".

Assancı “sərxoş sürücülər”ə bənzədən Miller, “Əgər siz küçədə sərxoş halda avtomobil idarə edirsinizsə başqa bir avtomobili vurmamağınız və kimisə öldürməməyiniz sizi ehtiyatsız davranışlarınızdan və təhlükədən xilas etmir” - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu