Rusiya Ukraynada Qərb döyüş təyyarələrinin yerləşdiriləcəyi obyektləri vurduğunu açıqlayıb


Rusiya Müdafiə Nazirliyi Ukraynada Qərb ölkələrinə məxsus döyüş təyyarələrinin yerləşdiriləcəyi aeroport infrastrukturu və obyektlərinin raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu açıqlayıb.


Nazirliyin açıqlamasında bildirilir ki, bu gün səhər saatlarında Ukraynaya qarşı hücumun təşkil edilib: "Hücumda dənizdən atılan yüksək dəqiqlikli və uzaq mənzilli raketlərlə yanaşı, “Kinjal” aeroballistik hipersəs raketləri və İHA-lardan istifadə edilib".

Açıqlamada, hücumda hədəf alınan bütün obyektlərin vurulduğu ifadə edilərək, “Qərb ölkələrinə aid döyüş təyyarələrinin Ukraynada yerləşdiriləcəyi hava limanı infrastrukturları və obyektlər hədəfə alındı. Hücumlar məqsədlərinə çatdı" - deyə qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu