Belçika ABŞ-dan F-35 təyyarələri alsa, F-16-ları vaxtında Kiyevə təhvil verəcək


Belçika ABŞ-dan vaxtında daha müasir F-35 təyyarələri alarsa, 2024-cü ilin sonuna kimi Ukraynaya F-16 qırıcıları tədarük etməyə başlayacaq.


AFN.az xəbər verir ki, bu barədə Belçikanın Baş Qərargah rəisi Mişel Hofmann məlumat verib. O, "Le Soir" qəzetinə bildirib ki, iki amil tədarüklərə təsir edir: "F-16-nın əməliyyat hazırlığını təmin edəcək kritik ehtiyat hissələrinin mövcudluğu, həmçinin F-35-in çatdırılma cədvəli. İlk F -35 2025-ci ilin yayında Belçikaya gələcək”.

Hoffman qeyd edib ki, Belçika artıq Danimarkaya təlimatçılar və texniki mütəxəssislər göndərməklə Ukraynanın F-16-dan istifadə imkanlarının yaradılmasına öz töhfəsini verib.

Belçika və Ukrayna mayın 28-də Brüsseldə bu il 1 milyard avroya qədər hərbi təchizat və 2028-ci ilə qədər 30 köhnə Belçika F-16 təyyarəsinin Kiyevə təhvil verilməsini əhatə edən 10 illik təhlükəsizlik sazişi imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu