Ukrayna ilin sonuna qədər sülh planı hazırlayacaq - Zelenski


Döyüş meydanında güclü olmaq üçün Ukrayna da aydın sülh planı hazırlamalıdır. Bu, ilin sonuna qədər hazır olmalıdır.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O, sloveniyalı həmkarı Nataşa Pirk Musarla keçirdiyi brifinqdə qeyd edib ki, sülh sammitindən sonra Kiyev enerji, ərzaq təhlükəsizliyi və mübadilə ilə bağlı üç ətraflı plan üzərində işləyir. "Yaxın vaxtlarda bu sahələr üzrə plan hazırlanacaq. Xüsusilə, "Ukrayna sülh düsturu"nun digər bəndləri üçün də geniş plan hazırlanacaq və bu plan daha sonra tərəfdaşların masasına qoyulacaq. Dünyanın əksəriyyətinin dəstəkləyəcəyi, müharibəni bitirmək üçün bir plan göstərmək bizim üçün çox vacibdir. Bundan başqa, sizə dediyim kimi, hər şey bizdən asılı deyil" - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna döyüş meydanında daha güclü olmaq üçün texnologiya, dron, artilleriya və elektron müharibə istehsalını artırır: "Ölkənin daha güclü olması vacibdir, çünki Rusiya Federasiyası gücdən başqa heç nə başa düşmür və güclülərdən başqa heç kimə hörmət etmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu