"Qalatasaray" Mişi Batşuayinin transferini rəsmən açıqlayıb
"Qalatasaray" İctimaiyyəti Açıqlama Platformasına belçikalı hücumçu Mişi Batşuayi ilə 3 illik anlaşma əldə edildiyini açıqlayıb.
Transfer səylərini davam etdirən "Qalatasaray" yeni mövsüm öncəsi ilk addımını atıb.
"Qalatasaray" ötən mövsüm "Fənərbaxça"da çıxış edən belçikalı hücumçu Mişi Batşuayini heyətinə qatdığını açıqlayıb.
Sarı-qırmızılı klubdan verilən açıqlamada bu ifadələr yer alıb:
"Peşəkar futbolçu Mişi Batşuayi-Atunqanın 3 mövsümlük transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən futbolçu 2024-2025 mövsümü üçün 1 milyon 500 min avro, 2025-2026-cı il mövsümü üçün 1 milyon 000 min avro, 2026-2027-ci il mövsümü üçün isə 500.000 avro imza haqqı alacaq. Bundan əlavə hər futbol mövsümü üçün 3.000.000 avro xalis mövsüm haqqı ödəniləcək".
Mənbə: Haber Global