JAXA yeni tipli “ALOS-4” müşahidə peykini orbitə çıxarıb

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) yeni tipli “ALOS-4” müşahidə peykini H3 raketi ilə uğurla orbitə çıxardığını bildirib.
Agentliyin açıqlamasına görə, JAXA yeni tipli "ALOS-4" müşahidə peykini cənubdakı Kaqosima prefekturasındakı Taneqaşima Kosmik Mərkəzindən orbitə çıxarıb.
Yaponiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış infraqırmızı sensorlu "Qabaqcıl Quruda Müşahidə Peyki" (ALOS-4) istifadədə olan "ALOS-2"ni əvəz edəcək.
Yeni tipli “ALOS-4” peyki fəlakətin xəritəsini tərtib etmək üçün məlumatların toplanması və hərbi fəaliyyətlərin, o cümlədən raket sınaqlarının monitorinqi kimi kəşfiyyat missiyalarını yerinə yetirəcək.
Bildirilib ki, uğurla buraxılan H3 raketi JAXA və "Mitsubishi Heavy Industries" şirkətlərinin birgə istehsalı olub və geniş istifadə olunan H2A-nı əvəz etmək üçün planlaşdırılır.