Çinin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub


Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli ərazi sularını pozduğu bildirilir.



Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına əsasən, Çinin 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Uotsuri və Minami-kojima adaları ətrafında hərəkət edən və bölgədə 42 saat üzən Çin gəmiləri adaların ətrafında ov edən yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib. Bildirilib ki, bu, cari ildə Çin gəmiləri tərəfindən arxipelaq regionunda 24-cü qayda pozuntusudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu