Lüksemburq Ukrayna ilə təhlükəsizlik təminatı haqqında saziş imzalayıb


Lüksemburq NATO sammiti çərçivəsində Ukrayna ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.


AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri Lyuk Friden sammitə gələrkən məlumat verib.

"Bu səhər mən Ukrayna prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sazişi imzaladım. Bütün dövlətlərin Ukraynanı dəstəkləməsi vacibdir, bu, qaydalara əsaslanan dünya nizamı üçün vacibdir", - deyə o, bildirib.

Hökumət başçısının sözlərinə görə, Lüksemburq kiçik ölkələrin təhlükəsizliyi üçün NATO-nun vacibliyinə inanır və buna görə də o, sammitdə təntənəli şəkildə bəyan edəcək ki, hersoqluq hərbi xərclərini 2030-cu ilə qədər ÜDM-in 2%-nə çatdıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu