Bloomberg: Baydenin psixi sağlamlığı ilə bağlı narahatlıqlar artır


Cümə axşamı ABŞ prezidenti Co Baydenin Vaşinqtonda NATO sammitində çıxışı zamanı baş verən ad qarışıqlığı onun zehni qabiliyyətləri ilə bağlı narahatlığı artırdı.


Bu barədə Bloomberg məlumat yayıb.

Bundan əvvəl Amerika lideri reallıqları qarışdıraraq əvvəlki Amerika lideri Donald Trampı özünün vitse-prezidenti adlandırmışdı. Bayden ukraynalı həmkarı Vladimir Zelenskini təqdim etməkdə də səhv edib və onu “Prezident Putin” adlandırıb.

Agentlik qeyd edir ki, Amerika liderinin səhvləri dərhal internetdə “lağa səbəb olub”, çünki o, iki “əsas düşməni” ilə “əsas müttəfiqləri” səhv salıb. Nəşrin qeyd etdiyi kimi, iki saat ərzində edilən bu kritik səhvlər Baydenin zehni qabiliyyətləri ilə bağlı narahatlığı artıraraq, onun yenidən seçilmə şansını təhlükə altına salıb.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da növbəti seçkilər keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu