Baydenin oğlunun keçmiş həyat yoldaşı onun narkotik istifadə etdiyini təsdiqləyib


Amerika prezidenti Co Baydenin oğlu Hunter Baydenin keçmiş arvadı Ketlin Boulet məhkəmədə onun narkotikdən istifadə etdiyini təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Boulet bildirib ki, hələ 2015-ci ildən Hunter Baydenin külqabısında kokain borusu tapıb. Onun sözlərinə görə, keçmiş əri ona narkotikdən istifadə etdiyini etiraf edib.

"Mən çox narahat idim və qorxurdum" - deyən Bouletin sözlərinə görə, Hunterin kokain testindən sonra Dəniz Qüvvələrindən qovulması onda şübhələr yaradıbmış.

Bundan əvvəl Amerika liderinin oğlu Hanter Bayden narkotik alverçilərinə kokain fotolarını göndərərkən yaxalanmışdı. İşi araşdıran FTB xüsusi agenti onun telefonunda müvafiq mesajlar tapmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu