Yunanıstanda yüksək yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib


Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ölkənin bir neçə bölgəsini yüksək yanğın riski olan 3-cü kateqoriyaya daxil edib.



Nazirlikdən verilən açıqlamaya görə, paytaxt Afina da daxil olmaqla Attika, Krit, Euboea və Peloponnes yanğın riski yüksək olan bölgələr arasında yer alıb.

Açıqlamada Qərbi Trakiyanın yanğın ehtimalı çox yüksək olduğuna görə 4-cü kateqoriyaya daxil edildiyi, meşəlik ərazilərə yaxın olan vətəndaşlara yanğına səbəb ola biləcək davranışlardan çəkinmələri və diqqətli olmaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu