Yunanıstanın Attika bölgəsində 2017-ci ildən bəri meşəlik ərazilərin 23 faizi yanıb
Yunanıstanın paytaxtı Afinanın yerləşdiyi Attika bölgəsində 2017-ci ildən bəri meşə sahələrinin 23 faizi yanğınlar nəticəsində məhv olub.
Yunanıstan Meteorologiya Xidmətinin verdiyi açıqlamaya görə, 2017-ci ildən bəri Attika bölgəsində baş verən 11 böyük yanğın təxminən 2,5 milyon hektar meşə sahəsini məhv edib.
Məlumatda bildirilir ki, yanğınların təsirinə məruz qalan ərazilər rayonun meşəlik ərazilərinin 23 faizini təşkil edir.
Bundan əlavə, İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi meşə yanğınları riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Vətəndaşlardan son dərəcə diqqətli olmaları və yanğına səbəb ola biləcək hər hansı davranışdan çəkinmələri xahiş olunub.