Rusiya TV-ləri Olimpiya Oyunlarını yayımlamayacaq


Rusiya televiziya kanalları 40 ildə ilk dəfə Olimpiya Oyunlarını göstərməyəcək.


Sports.ru portalının məlumatına görə, qərar yerli idmançıların yarışlarda yalnız neytral statusda çıxış edə bilməsi ilə əlaqədardır.

"Çoxdan siyasi qərar qəbul edilib. İndiki reallıqda Birinci Kanal və “Rossiya-1”də Olimpiadanı bayraqsız və himnsiz göstərmək mümkün deyil”, - - deyə materialda bildirilir.

Sayt qeyd edir ki, rusların iştirakı ilə fərdi yarışların nümayişi variantı “Match TV” çərçivəsində müzakirə edilib, amma federal kanalda deyil, pullu kanallarda. Lakin güləşçilərə, cüdoçulara və taekvondoçulara verilən oyunlarda çıxış etmək hüququndan imtina edildikdən sonra bu məsələ gündəmdən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu