Qanada 9 dang qızdırması yoluxması aşkar edilib

Qananın Şərq əyalətində 9 dang qızdırması aşkarlanıb.
Qana Sağlamlıq Xidmətlərinin (GHS) baş direktoru Patrick Kuma-Aboagye verdiyi açıqlamada Şərq əyalətinin bəzi bölgələrində 9 dang qızdırması yoluxmasının qeydə alındığını bildirib.
Kuma-Aboagye bu yoluxmanın əvvəlcə malyariya olduğunu düşündüyünü, lakin dang qızdırması testinin müsbət çıxdığını söyləyib.