Almaniya hərbi büdcəsini artırmaq istəyir


Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyadan gələn real təhlükə səbəbindən ölkənin hərbi büdcəsini artırmağa çağırıb.



Bu barədə rəsmi "Tagesspiegel" ilə söhbətində bildirib.

2025-ci ilin büdcə layihəsinə görə, 480,6 milyard avroluq planlaşdırılan ümumi xərclərin 53 milyardı müdafiəyə yönəldiləcək. Beləlikl, cari illə müqayisədə bu rəqəm 1,25 milyard artacaq. Ölkənin müdafiə naziri hesab edir ki, büdcəni altı milyard artırmaq lazımdır.

Pistorius əmindir ki, Rusiya yaxın illərdə NATO-ya hücum etmək iqtidarındadır. Onun sözlərinə görə, Almaniya xəyali təhdid, illüziya və ya distopiya ilə deyil və müdafiə nazirinin sözləri insanları qorxutmaq deyil, fövqəladə vəziyyətdə onların çaşqınlığa düşməməsini təmin etmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu