Böyük Britaniyada yeni tətil dalğası riski var


Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib ki, tibb bacıları və müəllimlərin maaşları inflyasiya səviyyəsindən yuxarı qaldırılmasa, ölkədə yeni tətil dalğası riski var.



Onun sözlərini Bloomberg sitat gətirib.

Hesabatda deyilir ki, 1,8 milyondan çox müəllim və tibb işçisini təmsil edən müstəqil maaş nəzarətçiləri maaşların təxminən 5,5 faiz artırılmasını tövsiyə ediblər.

Bununla belə, Leyboristlər hökuməti yalnız 3 faiz artım üçün büdcə ayırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu