HƏMAS: Çində keçirilən görüş milli birliyə doğru atılan mühüm addımdır


HƏMAS Çində fələstinli qruplar arasında keçirilən görüşün milli birliyə doğru mühüm addım olduğunu bəyan edib.



HƏMAS-ın Milli Əlaqələr İdarəsinin rəhbəri Husam Bedran 21 və 22 iyul tarixlərində Çinin paytaxtı Pekində fələstinli qrupların toplantısı ilə bağlı açıqlama verib.

Bedran Pekində fələstinli qrupların razılaşdığı bəyannamənin Fələstinin milli birliyi istiqamətində mühüm addım olduğunu bildirib.

Bəyannamənin yaradılmasında göstərdiyi böyük səylərə görə Çinə təşəkkür edən Bedran, ABŞ-ın Fələstin qrupları arasında razılaşmaya qarşı olduğunu vurğulayıb.

Bedran, fələstinli qrupların imzaladığı bəyannamənin ən mühüm bəndinin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqını idarə edəcək, yenidənqurma işlərinə nəzarət edəcək və seçkilər üçün şərait hazırlayacaq Fələstin milli konsensus hökumətinin qurulması olduğunu bildirib.

Qeyd edək ki, Çin iyulun 21 və 22-də fələstinli qrupların, xüsusilə də Fəth Hərəkatı və HƏMAS-ın iştirak etdiyi hərtərəfli milli toplantı keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu