Çexiya qlobal münaqişə təhlükəsi elan etdi və gərginliyin artmasında Rusiyanı günahlandırdı


Dünya indi qlobal münaqişə astanasındadır və Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə məsuliyyət Rusiya, Çin və İranın üzərinə düşür.


CTK xəbər agentliyinin məlumatına görə, bu barədə Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Mişal Koudelka xəbərdarlıq edib.

Kəşfiyyat xidməti rəhbəri Aİ-də təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə məsuliyyət daşıyan ölkələr haqqında danışarkən o, düşmən təbliğatını da qeyd edib.

Koudelka digər təhdidlər arasında qeyri-qanuni miqrasiya, islamçı terrorizm, sağçı ekstremizmin artması, qeyri-qanuni silah ticarəti, kibercinayətkarlıq və süni intellektdən zərərli istifadəni sadalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu