Blinkendən Yaxın Şərqdəki tərəflərə çağırış


ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdəki bütün tərəfləri regionda gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.



“Vaşinqton Post”un məlumatına görə, Blinken rəsmi səfərdə olduğu Monqolustanın paytaxtı Ulan-Batorda həmkarı Batmunkh Battsetseg ilə görüşüb.

Blinken mətbuat konfransındakı çıxışında Qəzzada atəşkəsin yaradılmasının vacibliyini vurğulayaraq, Yaxın Şərqdəki bütün tərəfləri gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.

Getdikcə pisləşən dövrənin qırılmalı olduğunu bildirən Blinken, atəşkəslə "Qəzzada qarşıdurmalara son qoyulmalı və şimalda İsrail ilə Livan arasında sakitlik təmin edilməlidir" qeyd edib.

Blinken "Bunun üçün bütün tərəflər əvvəlcə danışmalı, gərginliyi artıracaq hərəkətlərdən qaçmalı və razılığa gəlmək üçün səbəblər tapmalıdır" deyib.

Dünən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı ABŞ dövlət katibi Antoni Blinken “Bu, bizim heç bir məlumatımız və iştirakımız olmayan bir vəziyyətdir” ifadəsini işlədib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu