Ən böyük silah istehsalçılarının reytinqinə ABŞ və Çin şirkətləri başçılıq edir


Amerikanın "Lockheed Martin" şirkəti və Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) 2023-cü ilin nəticələrinə görə dünyanın ən böyük silah istehsalçıları olublar.


Amerikanın həftəlik “Defence News” qəzeti yazır ki, şirkətlərin hərbi-sənaye kompleksi (MİK) ilə bağlı iqtisadi fəaliyyətdən əldə etdiyi ümumi gəlir 100 milyard dolları ötüb.

Nəşrin məlumatına görə, 2023-cü ildə "Lockheed Martin" silah istehsalından 64,5 milyard dollardan çox, AVIC isə təxminən 45 milyard dollar qazanıb. Çin 2022-ci illə müqayisədə 45 fazilik artıma nail olub. Həmin il AVIC 31 milyard dollar gəlir əldə edib.

Ümumilikdə ilk onluqda ABŞ-dan altı, Çindən üç və Böyük Britaniyadan bir şirkət yer alıb. Onların arasında 32,6 milyard dollar gəlirlə altıncı yeri tutan Amerika korporasiyası olan "BAE Systems" 2023-cü ildə təxminən 27,5 milyard dollar qazanıb.

“Defence News”un məlumatına görə, 2022-ci ildə “Lockheed Martin” hərbi sənaye kompleksi ilə əməliyyatlardan əldə etdiyi gəlirlərə görə də ən böyük şirkət olub. Amerika korporasiyası 63,3 milyard dollar qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu