"Dior" yenidən Rusiyada fəaliyyətə başlayır


Məşhur Fransa şirkəti "Dior" Rusiyaya qayıdır.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumat Moskva Şəhər İnformasiya Agentliyinin saytında yer alıb.

Belə ki, fransız şirkəti "Dior" özünün "Dioramour" və "Gem Dior" ticarət nişanlarını qeydiyyatdan keçirmək üçün Rospatent-ə müraciət edib. Bundan əlavə, sənədlərdə C və D hərflərinin stilizə edilmiş təsviri olan loqo da var.

Qeyd olunur ki, şirkət bu brendlər altında geyim, ayaqqabı, aksesuar, dəri məmulatları, zərgərlik məmulatları, eləcə də məişət əşyaları və mebel istehsalı və satışı həyata keçirə bilər. Şirkət həmçinin reklam məqsədilə moda nümayişləri təşkil etmək imkanı əldə edəcək.

"Dior" Rusiyadakı mağazalarının fəaliyyətini 2022-ci ilin yazında dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu