Blinken Yaxın Şərqə planlaşdırılan səfərini təxirə salıb
ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə planlaşdırılan səfərini təxirə salıb.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Onun səfərinin vəziyyətlə bağlı qeyri-müəyyənlik səbəbindən təxirə salındığı bildirilir.
Avqustun 13-də HƏMAS aylar ərzində ilk dəfə Təl-Əvivə iki raket atıb. İsrail isə Qəzza zolağında ayrı-ayrı ölümcül hava hücumları həyata keçirib. ABŞ rəsmiləri danışıqların əvvəllər planlaşdırıldığı kimi, cümə axşamı davam edəcəyini gözlədiklərini söyləyiblər.