Ukrayna: Müharibənin ən böyük dron hücumu oldu və daha 4 kənd ələ keçirildi
Ukrayna müharibə başlayandan indiyədək olan ən böyük dron hücumunu reallaşdırıb.
AFN.az xəbər verir ki, bunu Ukrayna mediası mənbələrə istinadən yazıb. "Uzaq mənzilli dronların aerodromlara zərbəsi bütün müharibənin ən böyük hücumu idi" - deyə UNİAN bildirir. Qeyd edilir ki, bu gün Voronej, Kursk, Savasleyka və Borisoqlebsk aerodromlarında “əyləncəli gecə” keçirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də bu gün Ukraynanın gecə reydi zamanı 117 pilotsuz uçan aparatın istifadə edildiyini bildirib.